Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda maşın qadını vurub öldürdü

Bakıda ölümlə nəticələnən qəza baş verib.

Hadisə paytaxtın Yasamal rayonu, S.Dadaşov küçəsində qeydə alınıb. Şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayevə məxsus parklanmış “Opel Zafira” markalı avtomobil yoxuşdan düşərək, yaxınlıqdakı şəhərcikdə süpürgəçi işləyən M.Məmmədlini vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işinə başlanılıb.

6 May, 2020  11:41 Baxılıb: 2953

Bu bölmədə

4 İyun, 2020
Sabahın havası