Simsar.az | bizi özünüzə Simsar bilin
ADNA terrorundan 11 il ötür

Simsar.az-ın məlumatına görə,  2009-cu ilin bu günündə bir nəfər silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) daxil olaraq qarşısına çıxan hər kəsə atəş açıb. Silahlı şəxs xüsusi konstruksiyalı "Makarov" tipli tapança ilə qarşısına çıxanların baş nahiyəsinə atəş açıb. Sonradan Fərda Qədirov olduğu müəyyənləşdirilən silahlı özü də gicgah nahiyəsindən aldığı güllə yarasında akademiyanın binasında ölmüşdü. Onun intihar edildiyi deyildi. Onun üstündən bir ədəd "Makarov" tapançası, hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrontaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb. Rəsmi məlumatlara görə, F.Qədirovun gülləsinə 25 nəfər tuş gəlib və onlardan 12-si həyatını itirib.

Məlum oldu ki, qanlı hadisə nəticəsində: Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü; Nəzəri Mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü;  Neft qaz istehsali və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü;

Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü;

Tələbələr:

Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü;

Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü;

Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü;

Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü;

Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü;

Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü;

Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü;

Həmçinin Akademiyaya süd məhsulları gətirən: Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü;

 

Öldürülüb...

30 Aprel, 2020  11:56 Baxılıb: 3616

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası