Simsar.az | bizi özünüzə Simsar bilin
Ruhi Röyaya çox bahalı hədiyyə verdi

"Bu sırğanı dükanda gördüm və dedim ki, bunu istəyirəm"

Məşhur müğənni Röya Ayxan doğum gününü ANS-də qeyd edib. Simsar.az-ın məlumatına görə, “Günə baxan” verilişinin qonağı olan müğənni imicində kəskin dəyişiklik edib. Tamaşaçıların qarşısına uzun saçları ilə çıxan Röya imicinə dəyişiklik etmək üçün hətta bir günlük Tükiyəyə səfər etdiyini bildirib. Onun sözlərinə görə, imicindəki dəyişiklik qarşıdakı konserti ilə bağlıdır.

“Türk ustasına mənə nə lazım olduğunu izah edənə kimi birtəhər oldum. Nəhayət, izah edə bildim ki, mənə adi saç uzatmaq lazım deyil. Mən dəli bir şey istəyirəm. Elə bir şey ki, adi insanlar bu vəziyyətdə küçəyə çıxa bilməsinlər”, - Röya qeyd edib.

Müğənni üzərində olan zinət əşyaları ilə də diqqəti cəlb edib. Qulağındakı brilliant daşlarla bəzədilmiş sırğanın qiyməti ilə bağlı açıqlama verən müğənni onların dəyərinin ikiotaqlı mənzilə bərabər olduğunu deyib. Röya bu dəyərli hədiyyəyə görə dostu Ruhiyə xüsusi təşəkkürlərini bildirib: “Mənim əvvəllər belə parıltılı şeylərə marağım yox idi. Amma indi belə deyil. Bu sırğanı özüm gördüm dükanda və dedim ki, mən bunu istəyirəm. Və bu gecə mənə bu sırğaları hədiyyə etdilər”.

Röyanı doğum günündə sənətçi dostları İlqar Muradov, Abbas, Qan qrupu və Elnarə, Samira, Sevda Yəhyayeva, Rəhim Rəhimli, Miri Yusif də tək qoymayıblar.

14 İyun, 2011  18:41 Baxılıb: 1409

Bu bölmədə