Simsar.az | bizi özünüzə Simsar bilin
Murad Dadaşov məşhur aparıcıları “Xəzər”ə gətirdi

Xalq artisti Murad Dadaşov rəhbər vəzifəyə təyin edildiyi “Xəzər” TV-də dəyişikliklərə davam edir. Aktyor Elşən Orucovun ardından aparıcı Tural Əsədov da “Xəzər”ə gəlib. Onun maraqlı bir axşam şousu ilə efirdə görünəcəyi bildirilir.

M.Dadaşovun telekanala dəvət etdiyi digər aparıcılar isə Günay Malikqızı və Günay Novruzqızıdır. Hər iki xanım səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaqlar. Artıq verilişlər üçün yeni studiyalar da hazırlanıb.(axşam.az)

22 Aprel, 2020  19:49 Baxılıb: 3248

Bu bölmədə