Simsar.az | bizi özünüzə Simsar bilin
Ukraynada daha 17 nəfər koronavirusdan öldü

Ukraynada daha 467 nəfərdə koronavirus aşkarlanıb. Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Məlumata görə, Ukraynada koronavirusa yoluxma faktlarının sayı 6 592-ə çatıb. Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 13 nəfər artaraq 174 nəfərə yüksəlib.

İndiyədək 424 nəfər koronavirusdan sağalıb. Qeyd edək ki, aprelin 21-nə olan məlumata görə, ölkədə bir gündə 415 yoluxma faktı qeydə alınmışdı. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 557 000-i ötüb. Bunların 695 355 nəfəri sağalıb, 177 688 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report)

22 Aprel, 2020  11:37 Baxılıb: 3975

Bu bölmədə