Simsar.az | bizi özünüzə Simsar bilin
Yük maşınının salonunda qohumunu gizlədən sürücü tutuldu

Xüsusi karantin qaydalarını pozaraq, yük maşınının salonunda qohumunu gizlədib, Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq, gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

20 Aprel, 2020  17:10 Baxılıb: 3431

Bu bölmədə