Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Bilgə Cankorel: "Azərbaycan hakimiyyətindən rəsmi şəkildə heç bir iradla qarşılaşmamışıq"

“İctimai Palata nümayəndələri ilə görüşümüzün ardından yazılan məsələlər süni şəkildə şişirdilir"

Bu gün ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel jurnalistlərlə görüşündə rəhbərlik etdiyi qurumun əleyhinə səsləndirilən ittihamlara cavab verib. O, ATƏT-in Bakı Ofisinin və bir sıra Avropa ölkələri səfirlərinin iyunun 10-da İctimai Palata nümayəndələri ilə görüşməsinə sərt reaksiya verən Yeni Azərbaycan Partiyası nümayəndələrinin fikirlərinə münasibət bildirib:

“İctimai Palata nümayəndələri ilə görüşümüzün ardından yazılan məsələlər süni şəkildə şişirdilir. Bu, bir adamın fikridir və Azərbaycan hakimiyyətinin mövqeyini əks etdirmir. Diqqət etsəniz, bu məsələ ilə bağlı yalnız bir adam danışır. O da Azərbaycan hakimiyyətinin mövqeyi demək deyil. Biz Azərbaycan hakimiyyətindən rəsmi şəkildə heç bir iradla qarşılaşmamışıq. Hətta Xarici İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən səfirliklərin ölkədəki bütün siyasi qüvvələrlə eyni dərəcədə yaxınlıq etməsinin doğruluğunu vurğulayıb”.


Səfir deyib ki, görüşdən sonra yazılanları izləyir və bunun medianın şou yaratmaq istəyindən irəli gəldiyini düşünür: “Biz Azərbaycan hakimiyyəti ilə normal münasibətlərə sahibik və heç bir problem yoxdur. Azərbaycandan ayrılarkən də heç kimdən incikliyim yoxdur”.

14 İyun, 2011  18:33 Baxılıb: 1034

Bu bölmədə