Simsar.az | bizi özünüzə Simsar bilin
Ağ saraya göndərilən, ağ üzlü məktublar

Dünya gözəgörünməz düşmənlə (“COVİD-19”) müharibə vəziyyətindədir. Dinindən, irqindən, cinsindən, milli mənsubiyyətindən, sosial durumundan, yaşından, təhsilindən... asılı olmayaraq, ümumi bir bəla hamını, hamını təhdid edir – sanki elan olunmamış “3-cü dünya müharibəsi” içindəyik... Hamı, hamı bu barədə düşünür, bacaranlar danışır, yazır, qabiliyyətlilər mübarizəyə töhfə verir, ürəklilər fədakarlıq edir... Əlbəttə, dünyanın hara¬sında yaşamasından asılı olmayaraq, hər hansı bir sıravi adamın yalnız özünü qoruması faktı da, təqdirəlayiqdir; lakin kütləvi təsirə malik dəstək göstərən yetkili orqanların işi bir başqadır. Şübhəsiz ki, bütün ölkələrdə əsas güc və məsuliyyət dövlətlərin, müvafiq dövlət orqanlarının üzərinə düşür. Dövlət-xalq birliyi mövcud olan ölkələrdə mümkün olan ən az itki ilə ən yaxşı nəticəyə ümid, inam var.

Girişi çox uzatmadan, deməliyəm ki, müstəqil¬liyinin bərpasından 29 ilə yaxın vaxt keçən respublikamız, bu sahədə özünəməxsus gerçəklikləri ilə seçilir. Şəxsən dövlət başçımızın təmkini, qəbul etdiyi qərarlar, hadisələri şəxsən nəzrətdə saxlaması ümumxalq məhəbbəti ilə cavab bulmaqdadır.

Ümumxalq məhəbbəti həm qədirşünaslıq hadisəsidir, həm də öz dövlətinə ümid və inamın ifadəsidir.

Məlumdur ki respublikamız adıkeçən virusun qorxunc şəkildə yaxaladığı Çin və İtaliya ilə sıx iqtisadi-ticari əlaqələrə malikdir, İranla isə sınır qonşusuyuq. Bu tərəfdən, tor-paqlarımızın bir hissəsi düşmən işğalı altındadır, orada qanunsuz keçidlərin, narko-ti-carətin, digər qanunazidd fəaliyyətlərin mövcudluğu haqqında ciddi məlumatlar oldu-ğunu bilirik. – Üstəlik, biz ada dövləti deyilik, planetin “künc”ündə yerləşmirik, əhalimiz az deyil; Bir sözlə, ümumən Qafqazlar risk zonası sayıla bilər və respublikamız pandemiya ilə yaxın tarixdə bu şəkildə üz-üzə qalmayıb, ona görə də, yetərli təcrübəyə malik olmadığımız məlumdur.

Bununla belə, Anadolular demiş, ağlın yolu birdir və koronovirus ÜST tərəfindən pandemiya elan olunan kimi, bu bəşəri problemə qarşı ən təsirli mübarizə metodları tətbiq edən respubikalardan biri biz olduq. İndiyədək görülmüş işləri çox xırdalamadan, təkrarçılığa yol vermədən vurğulamaq istərdim ki, bax, bu və bənzəri amillər qarşılığında koronovirusa qarşı uğurlu Azərbaycan dirənişinin qədirbilən vətəndaşlarımız tərəfindən görülməsi, bilinməsi, idrak edilməsi çox xoşdur, məmnunedicidir, qürurvericidir!

Azərbaycan Prezidentinin rəsmi saytına bax¬dıqda, respublikamızın dörd yanından, bir ünvana – Ağ Saraya göndərilən çoxsaylı ağ¬üzlü məktublarla tanış oluruq. O məktublar ümiddir, inamdır, alqışdır, duadır, əminlikdir!

Üzünüz ağ olsun, qardaşlar!

Gününz ağ olsun, bacılar!

Dövlətçilik, vətənpərvərlik duyğularınız, şükranlığınız... bir yazar, bir oxucu olaraq şəxsən mənə savab, kəramət iqlimi təsiri bağışladı.

Çoxsaylı məktublardan bir neçəsinə nəzər salaq:

Ağdam rayonu, Xındırıstan kəndindən Baxşəliyev Nurlan Cavanşir oğlu, Qasımov Məzahir Tahir oğlu, Hümbətov Aqil Məsi oğlunun birgə imzaladığı məktubda yazılır:

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyimizlə görülən işlər deməyə əsas verir ki, biz bu koronavirus bəlasını da dəf edəcək, bu mübarizədə qalib gələcəyik. Siz bizi bir olmağa çağırdınız, xalq da Sizinlə həmrəylik nümayiş etdirdi.

Pandemiyanın qarşısının alınması istiqamətində görülən işlərə, həmçinin bizə “Evdə qal” şəraitində yaşadığımız halda yardım göstərdiyinizə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik, cənab Prezident!”

Füzuli rayonun sakini, Milli Qəhrəman ailəsi Quliyeva Ülviyyə Qabil qızı isə ürək sözlərini bu şəkildə ifadə edir:

“Hörmətli cənab Prezident.

Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Belə çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq.”

Gəncə şəhərindən Məhərrəmov Mətləb İbrahim oğlu, Quliyev Telman Qəhrəman oğlu,

Həsənova Aygün Abasqulu qızı, Allahverdi Mehriban Mahmud qızı yazır:

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır. Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq.

Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun.”

Bu isə Bərdədən Vahidi Yusif Fərhad oğlunun yazdığı məktubdur:

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə atılmış addımlar bizi sevindirir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın devizinə çevrilib. Biz gənclər olaraq, Sizin rəhbərliyinizlə görülən bütün tədbirlər sayəsində çox yaxın gələcəkdə ölkəmizdə pandemiyanın sona çatacağına qəti əminik. Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üzərindən çəkilməsini diləyirik.”

Bəli, məhz BİRLİKDƏ GÜCLÜYÜK!

Bəli, biz qalib gələcəyik!

İlham Əliyev adı ilə qoşa çəkilməyə ən çox yaraşan söz məhz QALİBİYYƏTdir.

Biz inanırıq ki, dövlətimiz öz qarşısında duran bütün tarixi vəzifələri cənab Prezidentin başçılığı ilə yerinə yetirəcək. Elan olunmamış dünya müharibəsində bəşəriyyətin ümumi qələbəsinə verəcəyimiz özünəməxsus töhfələr, bizim məruz qaldğımız başqa bir elan olunmamış müharibədə - Qarabağda, ərazi bütövlüyümüzün bərpasında qələbə rəhni olacaq!

Xalqımızın şükaranlıq duyğusu, o duyğuları cümlələrə çevirməsi və Ağ Sarayı sevgi, alqış yağmuruna tutması, ictimai fikrimizin bərəkətidir və cəmiyyətşünaslığımızın məhsul¬darlığına xidmət edir!

Dövlətimiz zaval görməsin, bayrağımız uca olsun!

Qədirbilən xalqımıza eşq olsun!


18 Aprel, 2020  12:58 Baxılıb: 3266

Bu bölmədə