Məşədi Dadaş məscidi yardım aksiyası keçirdi - FOTO
Məşədi Dadaş məscdinin dini icması dünyada, o cümlədən ölkəmizdə yayılmış koronavirus pandemiyası səbəbindən maddi çətinliyə düşən vətəndaşlarımıza yardım göstərib. İcmanın gənc könüllüləri Bakı, Abşeron və Sumqayıt ərazisində yaşayan yüz ailəyə ərzaq paylayıb. Məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənlinin bildirdiyinə görə, yardımlaşma dinimizin əsas dəyərlərindəndir. Pandemiyanın qarşısını almaq üçün tətbiq olunan karantin rejimi zamanı bu məsələyə xüsusi diqqət yetirmək lazımdır: "Allaha şükür ki, xalqımız hər zaman əl tutmağı bacarır, hər kəs bacardığı qədər yardım göstərir. Biz bir daha birlikdə güclü olduğumuzu nümayiş etdirdik". İlahiyyatçının sözlərinə görə, xeyirli və faydalı işlərin geniş vüsət tapması üçün bu cür aksiyaları təbliğ etmək gərəkdir. hacishahin.az
7 Aprel, 2020 21:53 ⁄ Baxılıb: 3675
Bu bölmədə25 Aprel, 2024 Elmira Süleymanova vəfat etdi24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək |