Simsar.az | bizi özünüzə Simsar bilin
Koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü - DÜNYADA

Dünyada indiyədək 1 312 494 insanda koronavirus infeksiyası aşkarlanıb. “Report” xəbər verir ki, yoluxma sayına görə ABŞ (349 992), İspaniya (135 032), İtaliya (132 547) və Almaniya (101 089) ilk sırada qərarlaşıblar.  Pandemiya qurbanlarının sayı 72 636, sağalanların sayı isə 275 068 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

6 Aprel, 2020  22:00 Baxılıb: 3213

Bu bölmədə