Simsar.az | bizi özünüzə Simsar bilin
Karantin rejimini pozan 12 nəfər həbs olundu - RƏSMİ

Gün ərzində postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə, 12 nəfər inzibati qaydada həbs olunub. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 1-2 aprel tarixləri ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla, 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan isə 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla, 77 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postunda da vəziyyət dəyişməz olaraq qalıb. Belə ki, 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.

Eyni zamanda, Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsinin, Abşeron rayonunun çıxışında yerləşən keçid postundan isə 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə, 12 nəfər inzibati qaydada həbs olunub, 1243 nəfər isə cərimə olunub.

19 mart - 2 aprel tarixləri ərzində 8685 nəqliyyat vasitəsinin rayon, 24 mart- 2 aprel tarixləri ərzində isə 6380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə, bu günə qədər 16256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

2 Aprel, 2020  13:40 Baxılıb: 2902

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası