Simsar.az | bizi özünüzə Simsar bilin
Bəlaların səbəbi günahın özündən daha çox, günahı labüd edən təfəkkürdür

Qarşıdan gələn üç günü İmam Hüseyn (ə), Həzrət Əbəlfəzl (ə) və İmam Səccadın (ə) mövlud günlərini qeyd edəcəyik. Məlum hadisələr fonunda Kərbəla qəhrəmanlarının mövludu bir daha fürsətdir ki, öz haqqım deyil, haqqın özü barədə düşünək. Kərbəla möcüzəsini yaradan və yaşadan İmam Hüseynin (ə) bu amalıdır. "Mənim hüququm", "mənim haqqım" və s. "mənlər" üzərində qurulmuş müasir dünyanın fundamental dəyərləri haqda ciddi düşünməliyik. Kərbəla hadisəsi onu göstərdi ki, bəzən mənəviyyat eqonu pərdələmək, günah isə özünəqayıdış üçün bir vasitə ola bilər. Bəlaların səbəbi günahın özündən daha çox, günahı labüd edən təfəkkür, həyata yanaşmadır. Bu günlərdə xalqımızın fədakarlıq göstərməsi, yardımlaşması, bir-birinin məsuliyyətini daşıması, bir sözlə öz haqqı üçün deyil, haqqın özü üçün çalışması olduqca qürurlu və ümidvericidir. Allah bizi hər zaman İmam Hüseyn (ə) amallarına sadiq etsin!

27 Mart, 2020  22:51 Baxılıb: 2442

Bu bölmədə