İranda daha 157 nəfər koronavirusdan öldü
İranda yeni tip koronavirus səbəbindən son 24 saat ərzində daha 157 nəfər həyatını itirib. “HaberGlobal”ın məlumatına görə, bu barədə İranın DİN rəhbərinin müavini Hüseyn Zülfüqari açıqlama verib. Beləliklə, ölənlərin sayı 2 234 nəfərə yüksəlib. Qeyd edək ki, epidemiya ilə əlaqədar ölkədə səfərlər etmək və əyalətlərdən çıxmaq qadağan olunub. İran parlamentinin Şirazdan olan deputatı Bəhram Parsayi və Nobel mükafatına layiq görülən iranlı hüquq müdafiəçi Şirin İbadi ölkədə epidemiyanın yayılmasında “Mahan Hava Yolları” şirkətini ittiham edib.
26 Mart, 2020 16:21 ⁄ Baxılıb: 3643
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |