Gürcüstanda beş uşaq koronavirusa yoluxub
Gürcüstanda 5 uşağın koronavirusa yoluxması təsdiqlənib. Bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib. O deyib ki, uşaqların hamısında xəstəlik yüngül formada keçir: “Koronavirusa uşaqlarda nadir hallarda rast gəlinir. Əgər azyaşlılar bu infeksiyaya yoluxurlarsa, xəstəlik yüngül və yaxud orta ağır formada keçir”. Qeyd edək ki, qonşu ölkədə koronavirusa 77 yoluxma halı təsdiqlənib. Yoluxanların 10-u sağalıb. Ən yaşlı koronavirus xəstəsinin 82, ən gəncinin isə 2 yaşı var.(report)
26 Mart, 2020 13:30 ⁄ Baxılıb: 2552
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |