koronavirusinfo.az informasiya portalı istifadəyə verildi
Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən məlumat portalı (www.koronavirusinfo.az) istifadəyə verilib. "Report" xəbər verir ki, portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapıb. Azərbaycan hökumətinin əhalinin sağlamlığının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyələr operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır. Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.
19 Mart, 2020 12:38 ⁄ Baxılıb: 1891
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |