Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədən azərbaycanlıları gətirən təyyarənin uçuş vaxtı açıqlandı

Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də İstanbul-Bakı və Bakı-İstanbul istiqamətləri üzrə çarter reyslərinin vaxtı açıqlanıb. Bu barədə Oxu.Az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Bakıya olan uçuşlara yalnız Azərbaycan vətəndaşları, İstanbula isə Türkiyə vətəndaşları qəbul ediləcək.

TK6890-91:

ISTANBUL-GYD -11:00 sadəcə Azərbaycan vətəndaşları.

GYD-İSTANBUL - 15:50 sadəcə Türkiyə vətəndaşları.

17 Mart, 2020  10:14 Baxılıb: 2070

Bu bölmədə