Simsar.az | bizi özünüzə Simsar bilin
Rafael Dadaşov vəfat etdi

Xalq artisti Rafael Dadaşov vəfat edib. Bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:  “Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

16 Mart, 2020  17:04 Baxılıb: 2689

Bu bölmədə