Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistanda koronavirusa yoluxanların sayı 30 nəfərə çatıb

Ermənistanda daha iki nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. “Report” xəbər verir ki, bunu “Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.

Onun sözlərinə görə, hazırda Ermənistanda virusa yoluxanların sayı 30 nəfərdir. Bildirilib ki, 300 nəfər isə koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb.

16 Mart, 2020  11:48 Baxılıb: 1929

Bu bölmədə