Simsar.az | bizi özünüzə Simsar bilin
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Azadlıq aşiqinin ölümündən 65 il keçir

“Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq...” Bu fikirlərin müəllifi, Azərbaycan Cümhuriyyətinin qurucusu, azadlıq carçısı, vətənin müstəqilliyi üçün canını qoyan, böyük şəxsiyyət Məmməd Əmin Rəsulzadənin ölümünün ildönümüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında ictimai-siyasi həyata atılan Rəsulzadə sosial demokrat «Hümmət» təşkilatının yaranmasında iştirak edib.

1909-cu ildə çarizmin təqiblərindən İrana mühacirət edib. Bir müddət orada «İrane-nou» qəzetinin baş redaktoru kimi çalışıb. Məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası mərkəzi komitəsinin sədri seçilib.1918-ci ildə Şərqdə ilk respublika olan Azərbaycan Demokratik Respublikasını elan edən Milli Şuranın sədri olub.

1920-ci il aprelin 28-də bolşeviklər Azərbaycanı işğal etdikdən sonra ADR süqut edib. Az sonra Rəsulzadə həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

6 Mart, 2020  11:34 Baxılıb: 1449

Bu bölmədə