Simsar.az | bizi özünüzə Simsar bilin
Daha iki ölkədə koronavirus aşkarlandı

Koronavirus dəhşəti dünyaya yayılmağa davam edir. TASS informasiya agentliyi məlumat verir ki, koronavirus Yeni Zelandiya və Litvada da aşkarlanıb. Qeyd edilir ki, koronavirusa yoluxan bir şəxs fevralın 26-da Yeni Zelandiyanın Oklend şəhərində olub.

Litvada da koronavirusa yoluxma halı qeyd edilib. Bu barədə Litva Səhiyyə Nazirliyi açıqlayıb. Virusun aşkar olunduğu qadının Litvaya br neçə gün əvvəl İtaliyadan gəldiyi məlum olub. Həmin qadın Şyaulyay şəhərində xəstəxanaya yerləşdirilib.

28 Fevral, 2020  11:36 Baxılıb: 1831

Bu bölmədə