Bakıda metroda problem: Qatarlar tuneldə qaldı
Bakı metrosunda qatarlar tuneldə qalıb. Oxu.Az xəbər verir ki, metroda yaranan problemə Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəb olub. “Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı Oxu.Az-a təsdiqləyib. O bildirib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür: “Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq. İlkin məlumata görə, problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb. Təxliyyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”. Sosial şəbəkələrdə yazılır ki, qatarlar “Elmlər Akademiyası” metrostansiyasından “Gənclik” metrostansiyasına 20 dəqiqəyə gəlib.
27 Fevral, 2020 17:44 ⁄ Baxılıb: 1527
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |