Simsar.az | bizi özünüzə Simsar bilin
Şəmkirdə 5 yaşlı oğlanı maşın vuraraq öldürüb

Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, fevralın 26-da saat 16.00 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini, 5 yaşlı Rüstəm Paşayevi vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

27 Fevral, 2020  13:27 Baxılıb: 1860

Bu bölmədə