Simsar.az | bizi özünüzə Simsar bilin
KİV: Misirin keçmiş prezidenti Hüsnü Mübarək vəfat edib

Misirin sabiq prezidenti Hüsnü Mübarək vəfat edib. APA-nın xəbərinə görə, bu barədə “Əl-Aym əs Sabia” portalı məlumat yayıb. Sabiq prezidentin 91 yaşında vəfat etdiyi bildirilir.

Bu barədə hələlik rəsmi məlumat yayılmayıb. Qeyd edək ki, Misirin 4-cü prezidenti olan H. Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. O, 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilən H. Mübarək azadlığa buraxılıb.

25 Fevral, 2020  16:07 Baxılıb: 1557

Bu bölmədə