Simsar.az | bizi özünüzə Simsar bilin
Mahir Mehdi Yamancana darıxmışam, sənsiz darıxmaq üçün...

 

 

 

 

 

 

 

 

 

... İşim çoxdu,

çıx yadımdan,

dönmə sola, sağa da.

Vaxtım yoxdu

bir saniyə

səni unutmağa da.


Olmadığım şəhərə get,

al, özünə

cüt bilet.

Orda çək, son günlərini,

mənsiz yeri

montaj et.


Nə mən gördüyün

o mənəm,

nə də il həminki il.

Bu ölkə də burda atıb

getdiyin

yerdə deyil.


Heç nədən nəsə düzəldib,

bir şey

qurub yapırsan.

Səni sevən adamları

itirəndə...tapırsan...


Dərinin

rəngini dəyiş,

itsin əvvəlki üzün.

Yamancana

darıxmışam,

sənsiz darıxmaq üçün...

21 Fevral, 2020  14:16 Baxılıb: 6743

Bu bölmədə