Neftçalada daha iki yüksək vəzifəli şəxs tutuldu
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb. Unikal.org-un məlumatına görə, saxlanılan şəxslər arasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var. Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlaması barədə məlumat yayılıb.
21 Fevral, 2020 13:30 ⁄ Baxılıb: 1959
Bu bölmədə17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb20 Mart, 2024 İş adamı Seymur İsayevdən bayram təbriki |