Simsar.az | bizi özünüzə Simsar bilin
Özbəkistan Prezidenti Türkiyədədir

Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Türkiyəyə səfər edib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, Ş. Mirziyoyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlər arasında təkbətək görüş keçirilir.

19 Fevral, 2020  18:44 Baxılıb: 6440

Bu bölmədə