Simsar.az | bizi özünüzə Simsar bilin
Gürcüstan azərbaycanlıları narazıdır

Gürcüstanda müsəlmanların dini idarəsinə seçkilərin keçirilməsi onları narazı salıb

Gürcüstan tərəfi ölkədə yeni yaradılmış müsəlmanların dini idarəsinə seçkilərin problemsiz keçdiyini və bu prosesin əleyhdarlarının olmadığını bəyan etsə də, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəliyində bununla razı deyillər. İdarənin nümayəndəsi Əli Əliyev hesab edir ki, bu, azərbaycanlılara qarşı yönəlmiş bir addımdır. Onun sözlərinə görə, bu hadisə dünən gözlənilmədən baş tutub: “Seçkilər birdən birə keçirilib və əlbəttə ki, xalqın çox hissəsi narazıdır. Çünki Qafqaz Müsəlmanları İdarəsi burada fəaliyyət göstərib, əvvəllər burada yerləşib. Şeyx Həzrətlərinin rəhbərliyi ilə neçə ildir burada nümayəndəlik var. Xalqın ona bağlılığı var. Həm mənəvi cəhətdən, həm də başqa cəhətlərdən ”. 

Ə. Əliyev deyir ki, bunun da birdən-birə kəsilməsini, qırılmasını burada yaşayan azərbaycanlılar heç vaxt istəməz: “Heç vaxt bundan xoşları da gəlməz”.

14 İyun, 2011  01:29 Baxılıb: 1152

Bu bölmədə