Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda avtomobildən 7 min manat oğurlanıb

Bakıda avtomobildən 7 min manatlıq oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 1 avtomobildən 7000 manat oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Səmədov saxlanılıb.(apa)

18 Fevral, 2020  13:43 Baxılıb: 1448

Bu bölmədə