Simsar.az | bizi özünüzə Simsar bilin
“Sədərək” ticarət mərkəzi yanır

Bakıda ticarət mərkəzində yanğın baş verib. Hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb.  Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlayan yanğın qısa müddətdə mağazalara keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.  Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib. O, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

18 Fevral, 2020  10:09 Baxılıb: 1970

Bu bölmədə