Simsar.az | bizi özünüzə Simsar bilin
Yevlaxda qəbiristanlıqda yanğın olub

Yevlaxın Nərimanabad kəndində qamışlıqda başlayan yanğın qəbiristanlığın ərazisinə keçib. Ərazidə quru kol və ağacların olması alovun təsir dairəsini daha da artırıb. Ətrafda iri şam ağacı qismən yanğından zərər görüb.

Kənd camaatının səyi ilə yanğın söndürlüb. Qəbirlərə ziyan dəyməyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.(oxu)

13 Fevral, 2020  11:38 Baxılıb: 1903

Bu bölmədə