Simsar.az | bizi özünüzə Simsar bilin
NASA yeni kosmonavtlar axtarır

NASA Aya və Marsa göndərmək üçün yeni kosmonavtlar axtardığını açıqlayıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, namizədlər Artemis nəsli adlanan yeni nəsil kosmonaft olmaq üçün özlərini sınayacaq. İmtahanlardan uğurla keçən şəxslər 2024-cü ildə Aya səyahət missiyasını həyata keçirəcək. 2030-cu ildə isə Marsa səyahət planlaşdırılır. Namizədlərdən ABŞ vətəndaşlığı, mühəndislik və ya riyaziyyat üzrə ali təhsil, min saat pilotluq təcrübəsi tələb olunur. Həmçinin, həkim və pilotlar da sözügedən vakansiya üzrə NASA-ya müraciət edə bilər. Qeyd edək ki, seçilən yeni kosmonavtlar 2021-ci ildən etibarən müvafiq təlimlərə başlayacaq. Vakansiya üzrə müraciətlər 2-31 mart tarixlərində baş tutacaq.

12 Fevral, 2020  16:46 Baxılıb: 1584

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası