İranın şimalında qar həyatı iflic edib
İranın şimalında yerləşən Gilan vilayətində güclü qar nəticəsində 194 kəndin elektrik enerjisi kəsilib. Bunu Gilan regional elektrik şirkətinin icra direktoru Əzim Bülbülabadi deyib. Ə.Bülbülabadinin sözlərinə görə, elektrik xətlərinə ciddi şəkildə ziyan dəydiyi üçün bir neçə rayonda paylayıcı stansiyaların fəaliyyəti dayandırılıb. Hazırda Qəzvin-Rəşt magistral yolu bağlanıb. İran yol polisi Gilan vilayətinə səfər etməməyi məsləhət görüb. İranın Ərdəbil vilayətinin Xalxal rayonu qubernatoru Firudin Babayi rayonun 142 kəndi ilə əlaqənin kəsildiyini deyib.(trend)
11 Fevral, 2020 18:13 ⁄ Baxılıb: 2009
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |