Moldova prezidenti Azərbaycana rəsmi səfər edəcək
Mart ayında Moldova Prezidenti İqor Dodon Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Moldova-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Fedor Qaqauz məlumat verib. Onun sözlərinə görə, Moldova prezidentinin Azərbaycana rəsmi səfəri bu ilin mart ayına planlaşdırılıb. “Səfər çərçivəsində iqtisadi sahədə ikitərəfli əlaqələrin intensivləşdirilməsi ilə bağlı sənədin imzalanması planlaşdırılır”, - deyə o bildirib. Deputatın sözlərinə görə, Moldova parlamentinin spikeri Zinaida Qreçanıy da 2020-ci ildə Bakıya səfər etmək niyyətindədir.
10 Fevral, 2020 17:13 ⁄ Baxılıb: 1973
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |