Simsar.az | bizi özünüzə Simsar bilin
Üç azərbaycanlı Türkiyə Böyük Millət Məclisinə deputat seçilib

Türkiyə parlamentinə seçilən azərbaycanlıların adları açıqlandı

Türkiyədə keçirilən parlament seçkilərində üç nəfər Azərbaycan əsilli Türkiyə vətandaşı Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bunlar Milliyyətçi Hərəkat Partiyasının (MHP) İqdır millət vəkilliyinə 1 nömrəli namizədi Sinan Oğan, əslən İqdırdan olan, İstanbuldan deputat seçilmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əli Özgündüz və namizədliyi Ədalət və İnkişaf Partiyasından (AKP) irəli sürülmüş Hacı Bayram Türkoğludur.

14 İyun, 2011  00:19 Baxılıb: 1285

Bu bölmədə