Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu
Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüdlü Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib. Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb. Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub. S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib. Faktla bağlı araşdırmalar davam edir.
7 Fevral, 2020 10:31 ⁄ Baxılıb: 2138
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |