Simsar.az | bizi özünüzə Simsar bilin
Müasir insanın "tənhalıq" dərdi adlı psixoloji - fəlsəfi seminar keçiriləcək

Müasir insanın "tənhalıq" dərdi adlı psixoloji - fəlsəfi seminar keçiriləcək.  Bu barədə məlumatı Simsar.az -a seminarın təşkilatçısı Məcid Məcidli verib. Onun sözlərinə görə seminarda ilahiyyatçı Hacı Şahin Həsənli, həkim - psixoloq Araz Manuçehri və fəlsəfə doktoru Mail Yaqub ekspert kimi çıxış edəcəklər. Təşkilatçı bildirib ki, ümumilikdə cəmiyyətdəki psixoloji gərginlikdən, depressiya və tənhalıq, ailə psixologiyası, boşanmaların səbəblərindən söz açılacaq. "Düşündük ki bu mövzuda seminarın təşkili daha faydalı olar. Adətən tədbirlərimizdə aktual məsələləri gündəmə gətirib, insanların maariflənməsinə xidmət edirik. Bu dəfəki seminarımızın mövzusu da olduqca vacib məsələlərdəndir".

Qeyd edək ki, seminar 23 fevral saat 14:00 -da Park İnn oteldə keçiriləcək. Tədbirin aparıcısı İradə Nurəddinqızıdır.

6 Fevral, 2020  12:36 Baxılıb: 2529

Bu bölmədə