“Bakı Çempionatı” müsabiqəsi keçiriləcək
9 Fevral Azərbaycan Dövlət Teatr Xadimlərinin Mədəniyyət evində rəqs üzrə açıq statuslu rəsmi “Bakı Çempionatı” müsabiqəsi keçiriləcək. Müsabiqə Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının, eləcə də Jam Group-un təşkilatçılığı ilə reallaşacaq. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı). “Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, hind və solo rəqslər nümayiş olunacaq. Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Bununla yanaşı həmin rəqqaslar gələcəkdə Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim edib, ölkəmizin adını zirvələrə qaldıra bilərlər” – deyə bildirdi Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov. Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək. Müsabiqədə iştirak edən bütün iştirakçılara uğurlar diləyirik. Qeydiyyat üçün əlaqə nömrələri. Az.gencler@mail.ru +994124971236 +994502502293 +994557079002
5 Fevral, 2020 15:45 ⁄ Baxılıb: 2209
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |