Simsar.az | bizi özünüzə Simsar bilin
Qəpik udan uşaq üçün həkim "450 azn düzəldin çıxardaq" deyib - BAKIDA

Bakıda uşaq qəpik udub, həkim "pulunuz varsa gəlim" deyib, uşağa baxmayıb. Hadisə jurnalist Səxavət Qurbanovun başına gəlib. S.Qurbanovun sözlərinə görə, qəpik udan uşağı təcili 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Ancaq həkim qəpiyi qida borusundan çıxartmaq üçün 450 azn istəyib:  "Uşağın qida borusuna qəpik gedib. Təcili uşağı "Semaşko"ya apardıq. Həkim əməliyyatdadı, zəng etmişəm, deyir "450 azn ödəyəcəksizsə uşağı palataya yerləşdirib, ardınca da, iynə ilə yatızdırıb xüsusi aparatla çıxardaq". Deyirəm "həkim bu qida borusundadı, nəfəs yox. Bunu daha yaxşı formada da etmək olar". Qayıdıb deyəsən ki, "məsləhətləş, pulu düzəldə bilirsənsə çıxardaq". Bu da Azərbaycan həkimi. Bu da Azərbaycan səhiyyəsinin iç üzü!". Həkimin adını açıqlamayan S.Qurbanov qəpiyi təbii yolla çıxmasını gözlədiklərini deyib: "Əgər qəpik boğazdan aşağı düşərsə yaxşı, düşməzsə həkim nə desə odur".

 

5 Fevral, 2020  12:52 Baxılıb: 1950

Bu bölmədə