Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda imtahana gedən Nərmin itkin düşdü

Bakıda sınaq imtahanına gedən şagird itkin düşüb. Vətəndaş N. R. polisə müraciət edərək bildirib ki, fevralın 2-si, saat 13:55-də qızı Nərmini Nəsimi rayonunda yerləşən “Asiya” tədris mərkəzinə sınaq imtahanına aparıb.

Lakin saat 15:50-də Nərmini imtahandan götürmək üçün getdikdə qızını tapa bilməyib. Məlumata görə, Nərmin naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır.(qafqazinfo)

4 Fevral, 2020  11:51 Baxılıb: 1388

Bu bölmədə