Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda tanınmış jurnalist vəfat etdi

Jurnalist Cavanşir Cahangirov vəfat edib. Bu barədə APA-ya onun oğlu Cavid Cahangirov məlumat verib.  Onun sözlərinə görə, uzun müddət xəstəlikdən əziyyət çəkən atası bu gün səhər saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı.

4 Fevral, 2020  11:12 Baxılıb: 1406

Bu bölmədə