Çindən Türkiyəyə təyyarə reysləri dayandırılır
Türkiyənin səhiyyə naziri Fahrettin Koca mətbuat konfransı keçirib. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, nazir Uzaq Şərqdən gələn təyyarələrdə termal kameranın tətbiq ediləcəyini söyləyib. “Hazırda ölkəmizdə koronavirus hadisəsi qeydə alınmayıb. Fevralın 5-dən sonra Çindən Türkiyəyə təyyarə reysləri dayandırılacaq. Bu qərar fevralın sonuna qədər qüvvədə olacaq”, - Fahrettin Koca söyləyib. “Bundan əlavə, 61 nəfərdən alınmış nümunələrin nəticələri də məlumdur. Onların heç birində koronavirus aşkar edilməyib”, - nazir əlavə edib. Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 521-i ötüb.
3 Fevral, 2020 17:51 ⁄ Baxılıb: 1725
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |