Simsar.az | bizi özünüzə Simsar bilin
Baharın Azərbaycana gələcəyi vaxt və Novruz çərşənbələrinin tarixləri AÇIQLANDI

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.

Bu barədə N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.(yeniavaz)

3 Fevral, 2020  11:12 Baxılıb: 1413

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası