Simsar.az | bizi özünüzə Simsar bilin
FƏLƏSTİNDƏ BARIŞIQ QISA ÇƏKDİ

Həmas və Əl Fəth baş nazir mövzusunda razilaşa bilmir

Komitəsi, indiki baş nazir Fəyyadı tərəflərin quracağı müvəqqəti hökümətə baş nazir kimi təklif edib. Həmas isə öz növbəsində Qəzza əsilli bir baş nazirə dəstək verəcəklərini bildirərək bu təklifə qarşı çıxıb. Çünki Əl Fəyyad Qərbi Şəriəlidir.

Həmas müvəqqəti baş nazir vəzifəsinə kimin təyin ediləcəyinə birgə qərar verilməsinin vacib olduğunu bildirərək, tərəflərdən hansınınsa tək başına qərar verə bilməyəcəyini bəyan edib.

Sabah Qahirədə bir araya gələcəkləri gözlənilən tərəflərin, bu böhranı necə həll edəcəkləri maraqla gözlənilir. Qərb ölkələri və İsrailin də istədiyi Fayyada qarşı Həmas hələlik bir namizəd açıqlamayıb.

Ancaq namizədlə bağlı razılaşa bilməyən əl-Fəth və Həmas arasında məhkumların azadlığa buraxılması və təhlükəsizlik orqanlarının birləşdirilməsi kimi başqa çətin məsələlər də var.

Hüsnü Mübarəkin hakimiyətdən endirilməsindən qısa vaxt sonra tərəfləri görüşdürən Misir hakimiyyəti ərəb baharının Fələstinə də çatdığına dair şərhlərə səbəb olmuşdu.

13 İyun, 2011  23:15 Baxılıb: 1026

Bu bölmədə