![]() |
Türkiyədə daha bir güclü zəlzələ baş verdi
Türkiyənin Elazığ bölgəsində 4,5 bal gücündə daha bir zəlzələ baş verib. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün yerli saatla 03:32 radələrində Elazığda 4,5 bal gücündə zəlzələ baş verib. Bundan yarım saat sonra eyni yerdə 4,2 bal gücündə daha bir zəlzələ olub. Təbii fəlakət nəticəsində ölü və yaralıların olmadığı bilirilib. Qeyd edək ki, bir neçə gün əvvəl Elazığda 6,8 bal gücündə zəlzələ nəticəsində 39 nəfər dünyasını dəyişmişdi. Təbii fəlakət nəticəsində həmçinin 30 bina uçmuş, 100-ə yaxın tikiliyə isə zərər dəymişdi.
1 Fevral, 2020 12:26 ⁄ Baxılıb: 925
Bu bölmədə29 Oktyabr, 2020 Türkiyə Cümhuriyyətinin elan edilməsindən 97 il ötür18 Sentyabr, 2020 Türkiyə ordusu şəhid verdi4 Avqust, 2020 Türkiyədə zəlzələ olub11 İyul, 2020 Ayasofiyada ibadətlərin başlama tarixi bəlli oldu |