Simsar.az | bizi özünüzə Simsar bilin
Kanalda batan qadının meyiti tapılıb - YEVLAXDA

Yevlaxda 3 gün əvvəl kanalda batan qadının meyiti tapılıb. Bu barədə Simsar.az - a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şöhlə Səfər qızının axtarışları başa çatıb.

Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

31 Yanvar, 2020  14:32 Baxılıb: 1306

Bu bölmədə