İran da yenidən silkələndi
İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun Sumar sərhəd bölgəsində 4 bal gücündə zəlzələ baş verib. Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Zəlzələ yerli vaxtla saat 08:32-də 10 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilməyib. Son günlər İranın qərb və cənub bölgələrində ardıcıl güclü zəlzələlər qeydə alınıb. Bu zəlzələlərdə indiyədək tələfatın olmadığı bildirilib. Əlavə edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.
29 Yanvar, 2020 11:51 ⁄ Baxılıb: 1433
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |