Simsar.az | bizi özünüzə Simsar bilin
Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub. Onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb.  Onların Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Suliddin Abdullayev, 1980-ci il təvəllüdlü Ayət Abduləzizov və Bakı şəhər sakini Nihad Xudayi olduğu qeyd olunub. Yaralıların Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.(report)

23 Yanvar, 2020  19:23 Baxılıb: 1396

Bu bölmədə