Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyev özbəkistanlı həmkarı ilə görüşdü

Özbəkistanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.

İyunun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Kabul Berdiyevin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, Fəxri Xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanda şəhidlərin məzarlarını ziyarət etdikdən sonra özbəkistanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.

Geniştərkibli görüşdə müdafiə nazirləri Azərbaycanla Özbəkistan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişafı və bölgədə hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparıblar.
Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

13 İyun, 2011  21:46 Baxılıb: 980

Bu bölmədə