Simsar.az | bizi özünüzə Simsar bilin
Bu ərazidə qaz olmayacaq

Abşeron rayonunun bir hissəsində qaz olmayacaq. Bununla bağlı “Azəriqaz” İB-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək. Bu işin icrası zamanı yanvarın 23-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, “Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

23 Yanvar, 2020  10:46 Baxılıb: 1036

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası