13 yaşlı bu oğlan itib: əqli qüsurludur
Şəkidə azyaşlı itkin düşüb. Bununla bağlı DİN Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, Şəki şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. O, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Qeyd edək ki, azyaşlının əqli qüsuru da var.
22 Yanvar, 2020 13:31 ⁄ Baxılıb: 1119
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |